Hərbi Prokurorluqda milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
mərkəzi aparatında Respublika Hərbi Prokurorluğunun, Bakı Hərbi
Prokurorluğunun əməkdaşlarının və prokurorluğun veteranlarının,
eləcə də media nümayəndələrinin iştirakı ilə milli prokurorluq
orqanlarının yaradılmasının 107-ci ildönümünə həsr olunmuş mərasim
keçirilib.

Bu barədə Trend
Hərbi Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Hərbi Prokurorluğun
inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Azərbaycan
xalqının Ümummilli Liderinin büstü önünə gül dəstələri düzərək,
dünyaşöhrətli şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin
ehtiramlarını ifadə ediblər.

Mərasim iştirakçıları ölkəmizin ərazi bütövlüyü uğrunda
canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirəsini
bir dəqiqəlik sükutla anıb, yaralılara şəfa diləyiblər.

Azərbaycan Respublikası baş prokurorunun müavini – Azərbaycan
Respublikasının Hərbi prokuroru, ədliyyə general-mayoru Bəhruz
Əhmədov prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını, o
cümlədən mərasim iştirakçılarını 1 oktyabr – prokurorluq
işçilərinin peşə bayramı günü münasibətilə təbrik edərək onlara xoş
arzularını çatdırıb.

Bildirilib ki, Azərbaycan prokurorluq orqanları 80 il ərzində
dövlətin etibarlı sütunlarından biri kimi fəaliyyət göstərsə də,
prokurorluq işçilərinin peşə bayramının qeyd edilməsi ilə əlaqədar
dövlət səviyyəsində heç bir təşəbbüs göstərilməyib, bununla
əlaqədar hər hansı rəsmi tədbir görülməyib. Məhz Ulu Öndər Heydər
Əliyevin 1998-ci il iyulun 17-də imzaladığı Sərəncamla 1 oktyabr –
prokurorluq işçilərinin peşə bayramı gününün təsis edilməsi tarixi
ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları arasında
xüsusi yeri olan prokurorluğa dövlət səviyyəsində göstərilən
qayğının ifadəsi və onun roluna rəsmi münasibətin təzahürü
olub.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın firavan gələcəyinə
hesablanmış mükəmməl siyasətini dövrün tələblərinə uyğun yeni
müstəvidə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə əldə olunmuş böyük
uğurlardan və görülən müstəsna işlərdən, dövlətimizin daha da
qüdrətlənməsindən bəhs edilərək vurğulanıb ki, qazanılan uğurlara
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın çoxşaxəli fəaliyyəti misilsiz töhfələr verir.

Prokurorluğa, o cümlədən Hərbi Prokurorluğa dövlət səviyyəsində
göstərilən diqqət və qayğıdan bəhs edən Bəhruz Əhmədov bunun işin
səmərəliliyini şərtləndirdiyini qeyd edərək, Baş prokuror Kamran
Əliyevin rəhbərliyi ilə prokurorluğun uğurlu fəaliyyətindən
danışıb.

Sonda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə
mükafatlandırılmış prokurorluq əməkdaşlarının bir qisminə Hərbi
prokuror tərəfindən təltiflər, prokurorluğun bir qrup veteranlarına
isə hədiyyələr təqdim olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir