Kilian Mbappe Çempionlar Liqasında 58-ci qolunu vurub

Baş səhifə

Bakı. Trend:

“Real Madrid”in hücumçusu Kilian Mbappe Çempionlar Liqasında
növbəti tarixi nailiyyətə imza atıb.

Trend-in
məlumatına görə, fransalı futbolçu turnirin ikinci turunda
“Kayrat”a qarşı keçirilən oyunda 58-ci qolunu vuraraq, 57 qolla
kifayətlənən “Bavariya”nın sabiq yarımmüdafiəçisi Tomas Mülleri
geridə qoyub. Bununla da Mbappe yarışın bütün dövrlər üzrə
bombardirlər siyahısında altıncı pilləyə yüksəlib.




Hazırda Mbappe 89 qarşılaşmada 58 qol vurub. O, “Real Madrid”in
əfsanəvi hücumçusu Rauldan (142 oyunda 71 qol) bir qədər geri
qalır.

Futbolçunun Madrid klubu ilə müqaviləsi 2029-cu ilin yayına
qədər qüvvədədir. Transfermarkt portalının hesablamalarına əsasən,
Mbappenin bazar dəyəri 180 milyon avro təşkil edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir