İki qonşu ölkədə 6 və 6.9 bal gücündə zəlzələ oldu

Baş səhifə

İndoneziyada rixter cədvəli üzrə 6 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, zəlzələnin episentri Kalianget şəhərindən 32 kilometr cənub-şərqdə yerin 14 kilometr dərinliyində yerləşib. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Həmçinin, İndoneziya ilə qonşu ölkə olan Filippində 6,9 bal gücündə zəlzələ baş verib. zəlzələnin episentri Palompon sahillərindən 10 kilometr qərbdəki Kalape sahillərində yerin 10 kilometr dərinliyində yerləşib.Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsinin olmadığı açıqlanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir