​İspaniya İsrail şirkəti ilə imzalanmış müqaviləni ləğv etdi

Baş səhifə

İspaniya silah-sursat tədarükü ilə bağlı İsrail şirkəti ilə imzalanmış 6,6 milyon avro dəyərində olan müqaviləni ləğv edib.

Metbuat.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi açıqlama verib. Bildirilir ki, İspaniya hökuməti Nazirlər Şurasının iclasında Qəzzada törədilən soyqırımla bağlı Fələstin xalqına dəstək kimi qəbul etdiyi sanksiyaları İsrailə qarşı tətbiq etməyə başlayıb.

İspaniyanın dövlət televiziyasının məlumatına görə, hökumət İsraillə silah-sursat müqavilələrinin yerinə yetirilməsi mümkün olmadığına görə ləğv etmə prosesinə başlayıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir