44 günlük Vətən müharibəsinin xronikası: 1 oktyabr

Baş səhifə

Bakı. Trend:

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.

Trend Vətən
müharibəsinin oktyabrın 1-nə olan xronikasını təqdim edir.

– Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edib;

– Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini
yenidən artilleriya atəşinə tutub. Erməni təxribatı nəticəsində həlak olan
mülki şəxslərin sayı 19-a çatıb. 1 müəllim qəlpə
yarası alıb, 11 məktəb dağıntılara məruz qalıb;

– Ermənistanın 200-dək tankı, 228 artilleriya qurğusu, 30 ədəd
hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb;

– Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb. Düşmənin hərbi kolonları
məhv edilib;

– Füzuli istiqamətində ələ keçirilən düşmən texnikası görüntüləri yayılıb;

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir