
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bildirib ki, prezident vəzifəsinə
başlamazdan əvvəl təxminən 25 milyon insan ölkəyə qanunsuz daxil
olub.
Trend-in
məlumatına görə, bu barədə o, Ağ Evdə keçirdiyi mətbuat
konfransında açıqlama verib.
Tramp deyib: “Siz daha kiçik rəqəmdən danışırsınız, amma mən
deyirəm ki, 25 milyon insan qeyri-qanuni şəkildə ölkəyə daxil olub.
İndi onların çoxu gedib. 11 mindən çox qatilimiz var idi. Onların
bir çoxunu deportasiya etmişik. Bu insanların çoxu ölkədən
çıxarılıb, gəldikləri yerə qaytarılıb, bəzi hallarda isə çox
təhlükəli olduqları üçün həbs olunublar.”

