
Bakı. Trend:
Amerikanın qrafik prosessor istehsalçısı Nvidia tarixdə bazar
dəyəri 4,5 trilyon dolları keçən ilk şirkət olub.
Trend-in
məlumatına görə, Nasdaq birjasının məlumatlarına əsasən, Bakı vaxtı
ilə saat 19:23-də şirkətin səhmləri 2,56% artaraq bir səhm üçün
186,51 dollar təşkil edib. Nəticədə Nvidia-nın bazar kapitallaşması
4,522 trilyon dollar olub.
Bazar dəyərinə görə Nvidia-dan geri qalan Microsoft 514,95
dollar səhm qiyməti ilə 3,83 trilyon dollar, üçüncü yerdə isə Apple
254,02 dollar səhm qiyməti ilə 3,769 trilyon dollar bazar
kapitallaşmasına sahibdir.
Nvidia 1993-cü ildə əsası qoyulmuş, qrafik emal vahidləri (GPU)
və digər çiplər hazırlayan ABŞ texnoloji şirkətidir. Şirkətin
qərargahı Kaliforniyanın Santa-Klara şəhərində yerləşir. Onun
inkişafları süni intellekt, video oyun və avtomobil sənayesində
geniş şəkildə tətbiq edilir.
Qeyd edək ki, 2025-ci il iyulun 9-da Nvidia tarixdə 4 trilyon
dollardan çox bazar kapitallaşmasına çatmış ilk şirkət olub.