Vensan Abubakar “Neftçi”yə keçmək üçün Bakıya gəlib

Baş səhifə

Bakı. Trend:

Kamerun yığmasının futbolçusu Vensan Abubakar Bakıya gəlib.

Trend xəbər verir
ki, uzun müddətdir hücumçu axtarışında olan “Neftçi” Abubakar ilə
razılığa gəlib.




Abubakar son olaraq ötən mövsüm Türkiyənin “Hatayspor” klubunda
çıxış edib və burada 28 oyunda 8 qol vurub.

Karyerası boyunca “Coton Sport FC”, “Valenciennes”, “Lorient”, “Porto”, “Beşiktaş”, “Al-Nassr”, “Hatayspor” kimi klublarda çıxış
edib. Çıxdığı 429 oyunda 171 qol və 55 assist etməyi bacarıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir