
Bakı. Trend:
London məhkəməsi 47 yaşlı Çin vətəndaşı Jimin Tsianı 6,7 milyard
dollar dəyərində Bitcoin oğurlamaqda və daşınmaz əmlak almaq yolu
ilə Böyük Britaniyada pulları yumağa cəhddə təqsirli bilib.
Trend-in
məlumatına görə, bu barədə Skotland-Yardın mətbuat xidməti xəbər
yayıb.
Polisin məlumatına görə, qadından 61.000-dən çox bitkoin
müsadirə edilib ki, bu da tarixdəki ən böyük kriptovalyuta
müsadirəsi olub.
Müstəntiqlər hesab edirlər ki, Tsian 2014-2017-ci illər arasında
iş adamları, təqaüdçülər, bank və məhkəmə işçiləri də daxil olmaqla
128 min Çin vətəndaşını aldadıb. O, oğurladığı vəsaitləri bitkoinə
çevirib və saxta sənədlərlə Böyük Britaniyaya köçüb. İngiltərədə
isə dəbdəbəli daşınmaz əmlak almaqla pullarını yumağı
planlaşdırıb.
İddiaya görə, polis Tsianın gündəliyini tapıb, orada o, Dalay
Lama tərəfindən məsh edilmiş “yenidən doğulmuş ilahə” olmaq və
kraliça kimi idarə edəcəyi “Liberland” adlı bir krallıq yaratmaq
istədiyini yazıb.
Çinli qadın hazırda həbsdədir, günahını etiraf edib və hökmü
gözləyir.