Təbrizdə Zəfər Günü ilə bağlı tədbir keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

06 noyabr 2024-cü il tarixdə İran İslam Respublikasının Təbriz
şəhərində Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş
Konsulluğu tərəfindən 8 noyabr-Zəfər Günü ilə əlaqədar Baş
Konsulluğun inzibati binasında rəsmi təbdir keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, əvvəlcə Azərbaycanın
azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir zamanı 8
noyabr-Zəfər gününə həsr edilimiş film nümayiş etdirilmiş və foto
şəkildən ibarət sərgi keçirilmişdir.

Tədbirdə İİR-in Xarici İşlər Nazirliyinin Şimal Qərb
nümayəndəliyinin əməkdaşı cənab Behnam Məlikpur, Türkiyənin
Təbrizdəki baş konsulunun vəzifəsini icra edən Abdullah Dağ və Baş
Konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikası
vətəndaşları və onların ailə üzvləri və Tərbriz şəhərində yerləşən
Azad islam universitetinin azərbaycanlı tələbələri iştirak
etmişdir.

Tədbirdə çıxış nitqi söyləyən Baş konsul v.m.i.e Rəşad
Abdullayev tədbir iştirakçılarını salamlayaraq bu möhtəşəm və
şərəfli günü bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət,
qazilərimizə möhkəm cansağlığı arzulamışdır.

R.Abdullayev bu günü bizim üçün doğmalaşdıran və
müqəddəsləşdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad edən qüdrətli
Silahlı Qüvvələrimizin, xalqımızın qəhrəman övladlarının silaha
sarılaraq ana torpağın müdafiəsinə qalxdığını, qanları və canları
bahasına müqəddəs Zəfərin notlarını dövlətçilik tariximizin şərəf
kitabına yazdığını bildirmişdir.




O, 2020-ci il noyabr ayının 8-də xalqımızın tarixinə ən parlaq
və möhtəşəm qələbələrdən birinı yazaraq, Azərbaycan hərbçilərinin
dağlar qoynunda yerləşən Qarabağın baş tacı hesab olunan Şuşadan
qovub çıxardığını qeyd edərək, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Noyabr 8-nin
Zəfər Günü elan etdiyini, 2021-ci ilin yanvar ayının 14-də isə
dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Şuşa
şəhərində Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaltdığını
vurğulamışdır.

R.Abdullayev Azərbaycan xalqının apardığı 44 günlük vətən
müharibəsi ilə təkcə şərəfini və milli qürurunu bərpa etmədiyini,
eyni zamanda beynəlxalq hüququ və ədalətin müdafiəsinə qalxdığını,
onun keşikçisi olduğunu, Azərbaycan xalqının Zəfəri döyüş
meydanında qazanaraq bütün dünyaya heç bir təcavüzkar qüvvənin
xalqın birliyi qarşısında davam gətirə bilmədiyini göstərdiyini
söyləmiş, hər zaman olduğu kimi “Eşq olsun bu birliyi və Zəfəri
qazandıran Müzəffər Ali Baş komandana” deyərək bundan sonra da
əbədiyyətə kimi qəhrəman Liderimizə minnətdar olacağımızı,
qazanılan tarixi Zəfərin bütün region ölkələri üçün hava və su
qədər əhəmiyyətli olan uzunmüddətli sülh içində yaşamaq və
inteqrasiya etmək şansını yaratdığını vurğulamışdır.

O, böyük məmnuniyyət hissi ilə çıxışını Prezident cənab İlham
Əliyevin dərin məzmunlu nitqindən bir parça ilə bitirmişdir.

Müzəffər Ali Baş komandan demişdir: “2020-ci il 44 günlük Vətən
müharibəsində tarixi Zəfərimiz, həmçinin 2023-cü ildə qətiyyətli
antiterror tədbirləri nəticəsində Azərbaycan torpaqlarının 30 illik
işğalına son qoyuldu. Bununla da ölkəmizin ərazi bütövlüyü və əzəli
torpaqlarımız üzərində suverenliyi bərpa olundu. Bu tarixi
nailiyyət yalnız Azərbaycanın milli iradəsinin və əzmkar
mübarizəsinin təntənəsi deyil, eyni zamanda, bölgədə ədalətin,
sülhün və sabitliyin bərqərar olunmasına mühüm töhfədir”.

Tədbirin sonunda şam yeməyi verilmişdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir