Britaniyada yeni zirehli maşınları sınaqdan keçirən hərbçilər xəstəxanaya yerləşdirilib

Baş səhifə

Böyük Britaniyada yeni “Ajax” zirehli döyüş maşınlarının sınaqdan keçirilməsindən sonra hərbçilər sağlamlıq problemləri səbəbilə xəstəxanaya yerləşdiriliblər.

APA xəbər verir ki, bu barədə “Sky News” Böyük Britaniya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, məsələ az sayda hərbçi ilə bağlıdır və sistemli deyil. “Sky News”un mənbələri vurğulayıblar ki, əvvəllər “Ajax”dan uzun müddət istifadə etdikdən sonra eşitmə problemlərindən şikayət edən Britaniya hərbçiləri tibbi yardım almağa davam edirlər.

Onlardan bəziləri 2025-ci ilin yayında zirehli maşınları sınaqdan keçirdikdən sonra hərbi tibb mərkəzində müayinədən keçməli olublar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir