A Seriyasında ayın “ən yaxşı”ları bəlli oldu

Baş səhifə

Bakı. Trend:

“Roma”nın baş məşqçisi Can Pyero Qasperini A Seriyada ayın ən
yaxşı məşqçisi mükafatına layiq görülüb.

Trend xəbər verir ki, oktyabr
ayında 67 yaşlı mütəxəssisin rəhbərliyi altında paytaxt klubu
İtaliya çempionatında 4 oyundan 3-də qalib gəlib, yalnız “İnter”ə
(0:1) uduzub.




Ayın ən yaxşı futbolçusu isə “Napoli”nin yarımmüdafiəçisi
Andre-Frank Zambo-Angissa seçilib. Kamerunlu futbolçu oktyabrda A
Seriyasında keçirdiyi 4 oyunda 3 qol vurub.

Zambo-Angissa bu ada uğrunda “Kremoneze”dən Federiko Bonatçoli,
“İnter”dən Hakan Çalhanoğlu, “Bolonya”dan Nikolo Kambyaqi,
“Kalyari”dən Elia Kaprile və “Milan”dan Rafael Leau kimi
futbolçuları qabaqlayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir