
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun Rusiya prezidenti Vladimir Putinlə Budapeştdə görüş keçirməsinə əsas maneə Rusiyanın dayanmaq istəməməsi və Ukraynada döyüş əməliyyatlarını dayandırmaqdan imtina etməsidir.
APA xəbər verir ki, Tramp bu barədə Macarıstanın baş naziri Viktor Orbanla Ağ Evdə görüşü zamanı danışıb.
“Əsas fikir ayrılığı ondadır ki, onlar hələlik sadəcə dayanmaq istəmirlər. Amma mən düşünürəm ki, dayanacaqlar. Mən bu görüşü Macarıstanda, Budapeştdə keçirmək istərdim. O vaxt həmin görüşü keçirmədim, çünki əhəmiyyətli bir şeyin baş verəcəyini düşünmürdüm. Amma əgər bu dəfə baş tutsa, istərdim ki, o, Budapeştdə olsun. Bu, yaxşı olardı”, – Tramp deyib.

