“Zirə” Türkiyə şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladı

Baş səhifə

Bakı. Trend:

“Zirə” Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin
tanınan əczaçılıq şirkəti olan “Nobel İlaç” arasında əməkdaşlıq
müqaviləsi imzalanıb.

Trend xəbər verir ki,
razılaşmaya əsasən şirkət 2025/26 mövsümünün sonuna qədər klubun
dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Zirə”
PFK-nın əsas komandasının ev oyunları zamanı meydança kənarında
yerləşən reklam lövhələrində şirkətin “Tylolhot” markasının əks
olunduğu bannerlər yerləşdiriləcək. Həmçinin media zonada, kluba
məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların
əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər
xidmətlər göstəriləcək.




Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş
coğrafiyanı əhatə edən “Nobel İlaç” 1964-cü ildə yaradılıb. Şirkət
əczaçılıq sənayesində 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli
dərman istehsalçısıdır. Beynəlxalq standartlara uyğun istehsal
olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat
keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz
nümayəndəliyi ilə fəaliyyətini davam etdirir. Peşəkar şəkildə
təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq
Türkiyədə və xaricdə qlobal xidmət göstərir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir