Misir Qətərin investisiya layihəsindən 3.5 milyard dollar əldə edəcək

Baş səhifə

Bakı. Trend:

Cari ilin dekabr ayında Misir “Aləm ər-Rum” şəhəri layihəsi üzrə
3.5 milyard dollar əldə edəcək. Bundan başqa, razılaşmaya əsasən,
Misir orada tikiləcək yaşayış binalarından da pay alacaq.

Trend xəbər verir ki, bunu
Misirin Baş naziri Mustafa Mədbuli deyib.

Bildirilib ki, Qətər dövləti Misirin şimalında Matruh
vilayətində “Aləm ər-Rum” layihəsinə təxminən 30 milyard dollar
sərmayə qoyacaq. Qətərin “Diyar” şirkətinin həyata keçirdiyi
layihənin ümumi sahəsi 20.5 milyon kvadratmetrdir. Burada ilin hər
fəslində fəaliyyət göstərəcək müasir şəhər salınacaq, otellər,
yaşayış məhəllələri, ticarət mərkəzləri, xəstəxanalar, məktəblər və
universitetlər tikiləcək.




Baş nazirin sözlərinə görə, layihə çərçivəsində 250 mindən çox
daimi və müvəqqəti iş yeri yaradılacaq. Eyni zamanda, Misir
büdcəsinə vergilər və rüsumlardan əlavə, gəlirlər daxil olacaq.
Mədbuli əlavə edib ki, 2030-cu ilə qədər ölkənin şimal sahili 17
milyon nəfəri qəbul edə biləcək imkana sahib olacaq.

Qeyd olunur ki, “Aləm ər-Rum” layihəsi Qətərin dünyadakı ən iri
daşınmaz əmlak layihələrindən biri sayılır.

Digər tərəfdən Baş nazir bildirib ki, Misir gələn bazar günü
beynəlxalq şirkətlərlə rabitə sahəsində 50 müqavilə
imzalayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir