
Bakı. Trend:
Almaniya Bundesliqasının 10-cu turunda “Verder” və “Frayburq”
üz-üzə gəliblər.
Trend xəbər verir ki, matç
2:1 hesabı ilə “Verder”in xeyrinə başa çatıb.
“Frayburq”un oyunçusu Mattias Svanberq 28-ci dəqiqədə hesabı
açıb. 83-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Yens Stage
hesabı bərabərləşdirib. 90+4-də isə Samüel Mbanqula “Verder”in
qələbə topunu vurub.

