
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropada yerləşən
Amerika qoşunlarının ümumi sayı hazırda sabit qalır, baxmayaraq ki,
ABŞ hərbçilərinin bir hissəsi Rumıniyadan çıxarılıb.
Trend xəbər verir ki, Tramp
bu fikri Ağ Evdə Macarıstanın Baş naziri Viktor Orbanla görüşdən
əvvəl jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Biz müəyyən dəyişikliklər edirik, qoşunların yerləşdirilməsində
yeniliklər var. Lakin bu, ümumi sayın azalması demək deyil. Sadəcə,
şəxsi heyətin dislokasiyası dəyişdirilir”, – deyə Tramp qeyd
edib.
O əlavə edib ki, bu qərar Pentaqon tərəfindən müstəqil şəkildə
qəbul edilməyib.
“Xeyr, Müdafiə Nazirliyi rəhbərliyi mənim göstərişlərimi nəzərə
almadan heç bir addım atmır”, – deyə Tramp vurğulayıb.

