
Bakı. Trend:
Amerika Birləşmiş Ştatları Senatının üzvləri şatdaunu
dayandırmaqla bağlı razılığa gələnə qədər şəhəri tərk
etməməlidir.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində
yazıb.
“Əgər onlar razılığa gələ bilməsələr, Respublikaçılar
Partiyasının təmsilçiləri dərhal filibasteri ləğv etməlidir”, –
deyə Tramp əlavə edib.
Qeyd edək ki, filibaster ABŞ Senatında tətbiq olunan bir
parlament prosedurudur və bu, azlıqda olan senatorlara bir qanun
layihəsinin qəbulunu gecikdirməyə və ya tamamilə dayandırmağa imkan
verir. Senatda normalda bir qanun layihəsi sadə çoxluqla (51 səs)
qəbul edilir. Hökumətin maliyyələşməsinə dair qanun layihəsi isə 60
səs toplamaldır. Filibaster səsə qoyulsa və bu Senatda səs
çoxluğuna malik Republikaçılar Partiyasının senatorları tərəfindən
qəbul edilsə, hökumətin maliyyələşməsi üzrə qanun layihəsi üçün 60
səslik baryer adadan qalxacaq.

