
Bakı. Trend:
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır.
Trend xəbər verir ki, bu
barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində
yazıb. O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və
alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür,
torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur.
“Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir
ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə
Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi
səbirsizliklə gözləyirəm”,- deyə Tramp əlavə edib.
Qeyd edək ki, G20 noyabrın 22-23-də Yohannesburqda
keçiriləcək.

