Meksika İran kəşfiyyatının İsrail səfirinə qarşı sui-qəsd cəhdi ilə bağlı məlumatları təkzib edib

Baş səhifə

Meksikanın Xarici İşlər Nazirliyi ilə Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyi Meksikadakı İsrail səfirinə qarşı sui-qəsd cəhdi ilə bağlı heç bir məlumata malik olmadıqlarını açıqlayıblar.

APA xəbər verir ki, bu barədə nazirliklərin birgə kommünikesində bildirilib.

“Xarici İşlər Nazirliyi ilə Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi Nazirliyinin Meksikadakı İsrail səfirinə qarşı sui-qəsd cəhdi ilə bağlı heç bir məlumatı yoxdur”, – sənəddə deyilir.

Qeyd edək ki, İranın Meksikadakı səfirliyi də İran kəşfiyyat xidmətlərinin İsrail səfirinə qarşı sui-qəsd cəhdi planlaşdırdığı barədə xəbərləri təkzib edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir