
Bakı. Trend:
8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Ceyranbatan su anbarının
ərazisində ağacəkmə aksiyası təşkil olunub.
ADSEA-dən Trend-ə bildirilib ki, aksiya çərçivəsində Agentliyin
və onun tabeliyindəki qurumların əməkdaşlarının iştirakı ilə 1850
ədəd ağac əkilib.
Ağacəkmə aksiyası respublikanın bütün şəhər, rayon və
qəsəbələrində eyni zamanda həyata keçirilib və Agentlik tərəfindən
ümumilikdə ölkə üzrə 12 mindən çox ağac əkilib.
Tədbirin əsas məqsədi Vətən uğrunda canlarını fəda etmiş
şəhidlərimizin əziz xatirəsini yad etmək, eyni zamanda ekoloji
mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə vermək
olub.

