“Araz-Naxçıvan” “Karvan-Yevlax”a, “Zirə” “Turan Tovuz”a qarşı

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında “Zəfər turu” davam edir.

Trend xəbər
verir ki, bu gün 11-ci turun daha iki matçı keçiriləcək.

Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkəcək.
Naxçıvan klubu rəqibini Sumqayıtda qəbul edəcək. Hazırda
“Araz-Naxçıvan” 16 xalla 6-cı pillədə qərarlaşıb. Elmar Baxşıyevin
komandası son 3 turda qələbə qazana bilməyib. 5 xala malik
“Karvan-Yevlax” isə turnir cədvəlində 11-cidir. Yevlax klubu son 4
turda xal üzünə həsrətdir.

Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz
klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun
komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə
yüksələcək.

8 noyabr (şənbə)

15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran
Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:44. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin
Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu




9 noyabr (bazar)

15:44. “Kəpəz” – “Sabah”

18:44. “Qarabağ” – “Neftçi”

7 noyabr (cümə)

“Şamaxı” – “İmişli” – 1:0

“Qəbələ” – “Sumqayıt” – 0:2

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir