Messi “Qalatasaray”a keçə bilər

Baş səhifə

Bakı. Trend:

Türkiyənin “Qalatasaray” klubu Argentina yığmasının və ABŞ-nin
“İnter Mayami” komandasının hücumçusu Lionel Messinin transferi ilə
maraqlanır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Mətbuatın məlumatına görə, Türkiyə klubu hücumçu ilə ABŞ-nin
Əsas Futbol Liqasında (MLS) mövsümlərarası fasilə dövründə dörd
aylıq qısamüddətli icarə müqaviləsi bağlamaq istəyir.




MLS-də müntəzəm çempionat oktyabrda başa çatacaq, “pley-off”
mərhələsi dekabra qədər davam edəcək, bundan sonra yeni mövsümədək
liqada dörd ay davam edən fasilə olacaq.

Qeyd olunur ki, məhz bu fasilə Messinin 2026-cı il dünya
çempionatı öncəsi formasını qorumaq məqsədilə “Qalatasaray”a keçidə
razılıq verməsinə səbəb ola bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir