
Bakı. Trend:
Braziliyada güclü tornado Rio-Bonito-du-İquasu şəhərini viran
qoyub.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Parana ştatının Mülki Müdafiə Xidmətinin məlumatına görə, təbii
fəlakət azı 130 nəfərin yaralanmasına səbəb olub, beş nəfərin həlak
olduğu təsdiqlənib.
İriqmiqyaslı dağıntılara səbəb olan tornadonun gətirdiyi küləyin
sürəti saatda 250 kilometrə qədər yüksəlib.

