Zəfər günü ilə bağlı Şuşa şəhər 1 saylı tam orta məktəbdə də tədbir keçirilir (FOTO)

Baş səhifə

Şuşa.Trend:

44 günlük Vətən müharibəsində əldə edilən Zəfərin beşinci
ildönümü ilə bağlı Şuşa şəhərində “8 Noyabr- Zəfərin təntənəsi”
adlı silsilə tədbirlər keçirilir.

Trend-in
Qarabağ bürosunun xəbərinə görə 8 Noyabr Zəfər günü ilə bağlı Şuşa
şəhər 1 saylı tam orta məktəbində tədbir keçirilir. Məktəbin
dəhlizində məktəblilərin zəfər günü mövzusunda hazırladıqları əl
işləri və rəsm əsərləri sərgilənir. Tədbirdə məktəblilərin Zəfər
gününə həsr etdikləri şeir kompozisiyası, rəqs və musiqi nömrələri
nümayiş olunacaq. Tədbir günü münasibətilə məktəblilərin
hazırladığı ədəbi – bədii kompisiyalar nümayişi nəzərdə
tutulub.




Həmçinin, Şuşa şəhər 1 saylı məktəbin şagirdləri və Qarabağ
Universitetinin tələbələrinin birgə hazırladığı “Səninlə fəxr
edirəm” adlı tamaşa nümayişi olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir