Türkiyə MN: Komandolarımız Bakı küçələrini qardaşlığın səsi ilə inlədəcək, F-16-larımız səmada uçacaq

Baş səhifə

Türkiyə qırıcıları Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan səmasında uçacaq.

APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə inlədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, – qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir