
Türkiyə qırıcıları Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi paradda Azərbaycan səmasında uçacaq.
APA xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“Salam olsun sənə, qardaş Azərbaycan! 8 noyabr Zəfər Günün mübarək olsun. Bu gün qəhrəman komandolarımız Bakı küçələrini cəsarətin və qardaşlığın səsi ilə inlədəcək, Azərbaycan türkü qardaşlarımızı qürurla salamlayacaq. Hərbi Hava Qüvvələrimizin qırıcıları da Ay Ulduzun qüdrətini Bakı səmalarına nəqş edərək əbədi qardaşlığımızı dünyaya hayqıracaq”, – qeyd edilib.

