
Bakı.Trend:
Vətən Müharibəsindəki qələbənin 5 illiyinə həsr olunan hərbi
paradla bağlı əhali Azadlıq meydanına toplaşır.
Trend xəbər
verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq
hazır vəziyyətə gətirilib.
Azadlıq meydanına yaxın küçə və prospektlər paradı seyr etmək
üçün gələn şəxslərlə doludur. Həmçinin hərbi paradın keçiriləcəyi
ərazidə binaların eyvanları Azərbaycan bayraqları ilə
bəzədilib.

