Türkiyədə fabrikdə baş verən yanğında 6 nəfər ölüb

Baş səhifə

Türkiyədə fabrikdə baş verən yanğın nəticəsində 6 nəfər həlak olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, hadisə Kocaelinin Dilovası rayonunda ətir fabrikində baş verib.

Yanğın nəticəsində 6 nəfər ölüb, 1 nəfər yaralanıb. Həlak olanların fabrikin işçiləri olduğu bildirilir.

Əraziyə yanğınsöndürən qruplar cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir