
Bakı. Trend:
Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər
xiyabanını ziyarət ediblər.
Trend xəbər
verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz
xatirəsini ehtiramla yad etdilər.
Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil
qoydu.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən
müharibəsində Qələbəmizə həsr olunmuş Hərbi parada hazırlaşan
paytaxt Bakının mənzərəsini seyr etdilər.

