
Bakı. Trend:
“NEQSOL Holding” şəhid ailələrinə və qazilərə dəstək məqsədilə
“YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
Holdinq tərəfindən “YAŞAT” Fonduna ayrılmış vəsait hesabına
2025-ci il ərzində 710 nəfər əlilliyi təyin olunmuş şəxsə və şəhid
ailəsinə tibbi xidmətlərin və təhsil xərclərinin
maliyyələşdirilməsi formasında sosial dəstək göstərilib.
Həmçinin, 2000-dən çox şəhid övladına “NEQSOL Holding”in dəstəyi
ilə “YAŞAT” Fondunun təşkil etdiyi sosial layihələr çərçivəsində
müxtəlif formada dəstək göstərilib.
“Məktəb Ləvazimatları ilə Təminat” layihəsi çərçivəsində
2025-2026-cı tədris ili üzrə 1467 şəhid övladı bir illik məktəb
ləvazimatları ilə təmin edilib. Layihə uşaqların təhsil prosesinə
dəstək məqsədi ilə həyata keçirilib.
Holdinq həmçinin 2025-ci ilin yay aylarında Lənkəran şəhərində
10-17 yaşda olan 457 şəhid övladının iştirakı ilə 4-cü “YAŞAT”
düşərgəsi layihəsinə dəstək göstərib. Düşərgədə uşaqların asudə
vaxtlarının səmərəli təşkili, fiziki və mənəvi inkişafına yönəlmiş
müxtəlif təlim və əyləncə proqramları keçirilib.
Holdinq dəstəyi ilə Birləşmiş Krallıqda Yay Məktəbi də təşkil
edilib. Ölkə üzrə ümumtəhsil məktəblərinin 9-cu sinif buraxılış
imtahanlarında yüksək nəticə göstərmiş 10 şəhid övladı London
şəhərində 2 həftə ərzində beynəlxalq mühitdə təhsil, dil və
mədəniyyət təcrübəsi qazanıb.
2025-ci ildə həmçinin “Hədiyyə Karvanı” layihəsi çərçivəsində
1673 şəhid övladına hədiyyə qutuları təqdim olunub. Layihə
uşaqlarda bayram əhval-ruhiyyəsi yaratmaq və onlara mənəvi dəstək
göstərmək məqsədi daşıyıb.
“NEQSOL Holding” “YAŞAT” Fondu ilə əməkdaşlığını davam etdirir.
2021-ci ildən etibarən və hazırkı istifadə olunan məbləğ də daxil
olmaqla, Holdinqin qərarı ilə tərkibindəki “Bakcell”, “Norm”, “Azerconnect Grou”p və “Nobel Energy” şirkətləri “YAŞAT” Fonduna
ümumilikdə 3,7 milyon manat vəsait ayırıb.
“NEQSOL Holding” Zəfər Günü münasibətilə Azərbaycan xalqını
təbrik edir, sülh, əmin-amanlıq və firavanlıq kimi ən xoş
arzularını çatdırır.
“NEQSOL Holding” 11 ölkədə telekommunikasiya, enerji, yüksək
texnologiyalar, tikinti və mədənçıxarma sahələrində fəaliyyət
göstərən beynəlxalq şirkətlər qrupudur.

