“ING” Türkiyədə 2028-ci ilə qədər inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib

Baş səhifə

Bakı. Trend:

Niderlandın “ING” bank qrupu Türkiyədə 2028-ci ilə qədər
inflyasiya səviyyəsi ilə bağlı proqnozlarını verib.

Trend bu barədə
bank qrupuna istinadən xəbər verir.

“ING” analitiklərinin təxminlərinə görə, 2025-ci ildə Türkiyədə
illik inflyasiya səviyyəsi 35,1 faiz, 2026-cı ildə 25,3 faiz təşkil
edəcək, 2027-ci ildə isə onun 18,7 faizə qədər azalacağı
gözlənilir.




Türkiyənin Statistika İnstitutunun (TurkStat) məlumatlarına
görə, Türkiyədə illik inflyasiya səviyyəsi sentyabr ayında 33,29
faiz civarında olub, hərçənd daha əvvəl 32,5 faiz təşkil edəcəyi
proqnozlaşdırılırdı. Avqust ayında isə həmin göstərici 32,95 faiz
civarında olub.

Bildirilir ki, illik ifadədə qiymətlərin ən çox artımı təhsil
sahəsində (66,1%), mənzil sektorunda (51,36%), eləcə də qida
məhsulları və alkoqolsuz içkilər kateqoriyasında (36,06%) qeydə
alınıb.

Ən az bahalaşma geyim və ayaqqabı (9,8%), rabitə (23,2%) və
spirtli içkilər ilə tütün məmulatları (24,49%) sahələrində müşahidə
olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir