Pakistan-Əfqanıstan danışıqlar prosesi dayanıb

Baş səhifə

Əfqanıstan və Pakistan arasında danışıqlar dayandırılıb, lakin atəşkəs rejimi davam edir.

APA “Reuters”ə istinadən xəbər verir ki, bunu Əfqanıstan hökumətinin sözçüsü Zabihullah Mücahid deyib.

Onun sözlərinə görə, rəsmi İslamabad Əfqanıstandan Pakistanın daxili təhlükəsizliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməyi tələb edib.

Mücahid Pakistanın bu tələbinin mümkün olmadığını bildirib.

“Əldə edilən atəşkəs indiyə qədər bizim tərəfimizdən pozulmayıb və atəşkəsə əməl etməyə davam edəcəyik”, – Əfqanıstan hökumətinin sözçüsü bəyan edib.

Qeyd edək ki, bundan əvvəl Pakistan və Əfqanıstan nümayəndə heyətləri iki ölkə arasında münaqişəni həll etmək üçün İstanbulda danışıqlar aparıblar. Ötən ay iki ölkənin sərhəd bölgələrində hərbi toqquşmalar həm Pakistan, həm də Əfqanıstan tərəfdən xeyli sayda insanın ölümü və yaralanmasına səbəb olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir