
Bakı. Trend:
Vətən müharibəsidəki zəfər Azərbaycanın birliyini və yenidən
qovuşmasını simvolizə edir.
Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
Almaniyadan Azərbaycana gəlmiş turist deyib.
“Almaniyadan gəlmişəm və hazırda Bakıda qalıram, çünki qızım
burada yaşayır. Buna görə də bu xüsusi günü burada qeyd etmək
fürsətim oldu”, – turist bildirib.
O vurğulayıb ki, bu gün Azərbaycan üçün çox önəmli bir
gündür:
“Artıq beş ildir ki, Azərbaycan Qarabağ müharibəsində qələbə
qazanıb və bu torpaqlar öz sahiblərinə – azərbaycanlılara qayıdıb.
Bu, bütöv Azərbaycanın birliyini və yenidən qovuşmasını simvolizə
edir. Beynəlxalq müstəvidə də Azərbaycanın bu qələbəsi və siyasəti
yüksək qiymətləndirilir. Müharibə heç vaxt yaxşı bir şey deyil,
amma bu gün sülh var. Qarabağ Azərbaycana məxsusdur və artıq
müharibə yoxdur. İnsanlar ölmür, bu, ən böyük nailiyyətdir”.
“Bu gün burada çoxlu insanın bayram əhval-ruhiyyəsində olduğunu
görürəm. Onlar bu günə – Zəfər Gününə sevinərək, qürurla
toplaşıblar. Bu bayram həm Azərbaycan xalqı, həm də dövlət üçün çox
mühüm bir gündür. Bu, həm də sülhün, birliyin və qələbənin
rəmzidir”, – Almaniyalı turist qeyd edib.

