
“Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək”.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, 6 tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq: “Bundan başqa bir neçə qonaqlama layihələri də tamamlanacaq”.
Qeyd edək ki, Mirzə Əsəd oğlu Sadıq (Sadıqcan) tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən görkəmli musiqiçidir.

