
Bakı. Trend:
Müharibədən və şanlı Zəfərimizdən bir il sonra tarixi Şuşa
şəhərində Türkiyə və Azərbaycan prezidentləri Şuşa Bəyannaməsini
imzalayaraq əlaqələrimizi ən yüksək zirvəyə – müttəfiqlik
səviyyəsinə qaldırmışlar.
Trend xəbər
verir ki, bu sözləri Prezident İlham Əliyev Vətən müharibəsində
Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda çıxışı
zamanı deyib.
Dövlətimizin başçısı qeyd edib: “Bu gün bizim hərbi paradda
Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti
təzahürüdür”.

