Türkiyə Prezidenti: Azərbaycanın həm bölgədə, həm də bölgədən kənarda irəliləyişlərindən məmnunuq

Baş səhifə

“Hazırda əldə olunan nəticələrlə Can Azərbaycanın həm bölgədə, həm də bölgədən kənarda əldə etdiyi irəliləyişdən məmnunuq”.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.

Türkiyə Prezidenti bildirib ki, Azərbaycanla müstəsna əlaqələr xüsusi və strateji layihələrlə hər keçən gün daha da güclənir: “Əsrin layihəsi Azəri-Çıraq-Günəşli başda olmaqla Bakı-Tbilisi-Ceyhan xətti, Şahdəniz və TANAP-la taclandırdığımız əməkdaşlıqlarımızı son olaraq İğdır-Naxçıvan qaz xəttinin fəaliyyətə başlaması ilə daha da möhkəmləndirdik. Hazırda bu əməkdaşlığımızı daha da inkişaf etdirməyin və tətbiq sahəsinin genişləndirilməsinə çalışırıq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir