Bu qürur günündə Azərbaycanda olmaqdan böyük şərəf duyuram – Türkiyəli turist

Baş səhifə

Bakı. Trend:

Bu mühüm gündə – 8 Noyabr – Zəfər Günündə Azərbaycanda olmaq
mənim üçün böyük fəxr və qürur mənbəyidir.

Bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Trend-ə açıqlamasında
türkiyəli turist Asım Güngör deyib.

O, Zəfər Günü münasibətilə təəssüratlarını bölüşüb:

“Burada, Azərbaycanın bu milli günündə olmaqdan çox qürur
duyuram. Zəfər günümüz mübarək olsun! Arzu edirəm ki, millətimiz
hər zaman birlik və bərabərlik içində yaşasın. Bu sevincli gündə
hər kəsə can sağlığı diləyirəm”.




Asım Güngör Azərbaycan və Türkiyə münasibətlərinə də toxunaraq
qeyd edib ki, iki ölkə arasındakı qardaşlıq münasibətləri
bənzərsizdir:

“Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, biz bir millət,
iki dövlətik. Mən bu ideala inanan biri kimi hesab edirəm ki, biz
təkcə qardaş deyilik, biz eyni kökdən, eyni mənəvi dəyərlərdən
gələn bir millətik. Qardaşlıqda bəzən məsafə ola bilər, amma öz
olmaqda daha dərin bir bağlılıq, daha çox dəyər var”.

Türkiyəli qonaq sonda Azərbaycan və Türkiyə birliyinin
əbədiliyinə inandığını vurğulayıb:

“Bu gün həm Azərbaycan, həm də Türkiyə üçün çox böyük və mənalı
gündür. İnşallah bu birliyimiz, bu qardaşlığımız əbədi olacaq”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir