Ərdoğan: Axan hər damla qan ortaq tariximizə qızıl hərflərlə yazılmışdır

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım,
müstəqillik və ləyaqət uğrunda tökülən hər damla qan Türk
dünyasının tarixində şərəf nişanəsi kimi ortaq tariximizə qızıl
hərflərlə yazılıb.

Trend xəbər
verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən
müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi
paradda çıxışı zamanı bildirib.

Ərdoğan deyib:

“Bundan 45 gün əvvəl əslən qarabağlı olan böyük bir şairimiz
rəhmətə getdi. Mərhum Yavuz Bülənd Bakilər Qarabağa olan həsrətini
bu misralarla dilə gətirmişdi:

Torpağına bayraqlarla girə bilərəm.

Qara sevdalılar kimi həsrətəm Qarabağa.

Uğrunda ölə bilərəm.

Bir gün bitərsə hər şey Qarabağı görmədən,

İstəmərəm lentlər, çələnglər.

Allahım, ruhuma bir az rahatlıq ver.

Üstümə oxunmuş bir neçə ovuc mübarək Qarabağ torpağı səpilsə,
kifayət edər.

İllər boyu şairlər Qarabağ üçün belə həsrət dolu şeirlər
yazmışlar. İlham qardaşımın liderliyi altında Azərbaycan Ordusu
Qarabağı işğaldan qurtararaq, könüllərdəki 30 illik yanğını da
söndürdü. Allaha şükürlər olsun, bu gün Laçından Şuşaya,
Zəngilandan Xankəndiyə, Xocalıdan Füzuliyə qədər Qarabağın hər
qarışında hüzur var, inkişaf var, barış, rifah və azadlıq var”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir