
Bakı. Trend:
Yaponiya hökuməti 43 yaşlı kənd təsərrüfatı naziri Norikadzu
Sudzuki tərəfindən ilk dəfə irəli sürülən düyü talonlarının
paylanması təşəbbüsünü iqtisadi tədbirlər paketinə daxil etməyi
planlaşdırır.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Bir neçə gün əvvəl Sudzuki qiymət artımına qarşı mübarizə
tədbiri kimi düyü talonlarının paylanmasını təklif etmişdi.
Məlumata görə, bəzi bələdiyyələr artıq ehtiyat vəsaitlərdən, o
cümlədən müavinətlərdən istifadə edərək oxşar tədbirləri tətbiq
etməyə başlayıblar.
Jurnalistlərin məlumatına əsasən, hökumət müavinətlərin
verilməsini genişləndirməyi və tədbirlər paketinə düyü
talonlarından məqsədli istifadəni əlavə etməyi planlaşdırır.

