Azərbaycanlı atıcıdan yeni dünya rekordu

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Atıcılıq Federasiyasının üzvü Nigar Nəsirova Misirin
Qahirə şəhərində keçirilən ISSF dünya çempionatında gümüş medal
qazanıb.

Trend xəbər verir
ki, 50 metr məsafəyə tapançadan atəş açma yarışında 550 xal
toplayan milli komandanın üzvü bu göstəricisinə görə yeni dünya
rekordu müəyyənləşdirib.




Qeyd edək ki, həm Nigar, həm də Çin təmsilçisi Yao Qianxun eyni
nəticəni göstəriblər, lakin qalib mərkəzi vuruşların sayına görə
müəyyənləşib. Y.Qianxun 8x, Nigar isə 7x nəticə göstərib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir