Füzulidə Zəfər Gününə həsr olunan atəşfəşanlıq keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri olan Füzuli
şəhəri bu il Zəfər Gününü öz doğma sakinləri ilə birlikdə qeyd
edib. Bir zamanlar işğal dövründə xarabalığa çevrilən şəhər indi
yenidən dirçəlir və həyatın canlandığı məkana çevrilib. Artıq
Füzuliyə qayıdan ailələr bu əlamətdar günü doğma torpaqlarında qeyd
etmək imkanı qazanıblar.




Trend-in bölgə
müxbirinin məlumatına görə, Füzuli şəhərində Zəfər Günü
münasibətilə keçirilən silsilə tədbirlər möhtəşəm atəşfəşanlıqla
yekunlaşıb. Gün ərzində şəhərdə “Zəfərin Mübarək, Azərbaycan” adlı
konsert proqramı təşkil olunub, Kurmanqazi Uşaq Yaradıcılıq
Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgi açılıb, “Zəfər
Günü uşaqların gözü ilə” mövzusunda ustad dərsləri keçirilib.
Tədbirlər çərçivəsində “Zəfər Salnaməsi” adlı film də nümayiş
etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir