
Bakı. Trend:
Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil
olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq
keçirilib.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata
görə, Zəfər meydanında səma rəngarəng işıqlarla bəzənib.
Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə
qarşılanıb, şəhərdə bayram ab-havası hökm sürüb.

