
Bakı. Trend:
Misli Premyer Liqasının XI turu çərçivəsində daha bir qarşılaşma
keçirilib.
Trend xəbər verir
ki, “Turan Tovuz” səfərdə “Zirə”nin qonağı olub. Zirə İdman
Kompleksinin stadionunda baş tutan görüş qolsuz bərabərliklə
yekunlaşıb.
Bu nəticədən sonra “Turan Tovuz” 22 xalla turnir cədvəlinin
liderliyini qoruyub. 20 xalı olan “Zirə” isə dördüncü pillədə
qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “İmişli”ni 1:0,
“Sumqayıt” “Qəbələ”ni 2:0, “Araz-Naxçıvan” isə “Karvan-Yevlax”ı 2:1
hesabı ilə məğlub edib. XI tura noyabrın 9-da yekun vurulacaq.
xxx
18:00
Misli Premyer Liqasında “Zəfər turu” davam edir.
Trend xəbər
verir ki, bu tur Vətən Müharibəsindəki qələbəmizin 5-ci ildönümünə
görə “Zəfər turu” adlandırılıb. Bütün oyunlar isə rəmzi olaraq hər
saatın 44-cü dəqiqəsində başlanılır.
Əvvəlcə “Araz-Naxçıvan” “Karvan-Yevlax”ı sınağa çəkib. Naxçıvan
klubu rəqibini Sumqayıtda qəbul edib. Qarşılaşma 2:1 hesabı ilə
“Araz-Naxçıvan”ın xeyrinə yekunlaşıb.
Günün digər matçında isə “Zirə” “Turan Tovuz”u qəbul edəcək.
Hazırda paytaxt təmsilçisi 19 xalla 4-cü pillədə qərarlaşıb. Tovuz
klubu isə 21 xalla çempionatın lideridir. Lakin Rəşad Sadıqovun
komandası bu matçda qalib gəlsə, “Zirə” ən azı bir günlük zirvəyə
yüksələcək.
8 noyabr (şənbə)
15:44. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” – 2:1
Qol: Araz Abdullayev, 17 (1:0), Hamidu Keyta, 65 (1:1), Felipe
Santos, 90+2-pen. (2:1)
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Kərim Zeynalov, Kamran
Əliyev
VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:44. “Zirə” – “Turan Tovuz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin
Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Zöhrab Abbasov
Zirə İK stadionu
9 noyabr (bazar)
15:44. “Kəpəz” – “Sabah”
18:44. “Qarabağ” – “Neftçi”
7 noyabr (cümə)
“Şamaxı” – “İmişli” – 1:0
“Qəbələ” – “Sumqayıt” – 0:2

