Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan cüdoçusu Hidayət Heydərov Səudiyyə Ərəbistanının
paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi
Oyunlarında qızıl medal qazanıb.

Trend xəbər verir
ki, 73 kiloqram çəki dərəcəsində çıxış edən H. Heydərov həlledici
görüşdə özbəkistanlı Şakram Əhmədovu məğlub edib. Bununla da
idmançı İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub. O, 2017-ci
ildə Bakıda keçirilən analoji yarışda da fəxri kürsünün ən yüksək
pilləsinə qalxmışdı.




Bu gün tatamiyə çıxan digər Azərbaycan cüdoçusu Könül Əliyeva
(48 kiloqram) finalda türkiyəli Tuğçe Bederə uduzaraq gümüş medalla
kifayətlənib. Aydan Vəliyeva (52 kiloqram) və Ruslan Paşayev (66
kiloqram) isə bürünc mükafat əldə ediblər.

Qeyd edək ki, Azərbaycan VI İslam Həmrəyliyi Oyunlarında 20
idman növündə 179 idmançı ilə təmsil olunur. Ümumilikdə 57 ölkə 23
idmanda medallar uğrunda mübarizə aparır. Oyunların bağlanış
mərasimi noyabrın 21-də keçiriləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir