
Dağıstanda helikopter qəzaya uğrayıb.
Metbuat.az xəbər verir ki, Dağıstan Respublikasının Səhiyyə Nazirliyi qəza nəticəsində dörd nəfərin öldüyünü açıqlayıb.
Qəza nəticəsində 3 nəfər yaralanıb, vəziyyətləri ağırdır.
Yerli KİV Dağıstanda turistləri daşıyan helikopterin qəzaya uğradığını yazıb.
“Baza” Telegram kanalının məlumatına görə, Ka-226 helikopterinin göyərtəsində yeddi nəfər olub. Helikopterin İzberbaş şəhəri yaxınlığındakı istirahət mərkəzində qəzaya uğradığı bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

