
Bakı. Trend:
Noyabrın 8-də axşam saatlarında Bakıda, Dənizkənarı Milli
Parkında Zəfər Günü münasibətilə bayram konserti və atəşfəşanlıq
təşkil olunub.
Trend xəbər verir
ki, konsertdəə bakılılarla yanaşı, paytaxt qonaqları da böyük
maraqla iştirak ediblər.
44 günlük Vətən müharibəsinin beşinci ildönümü şərəfinə paytaxt,
o cümlədən Dənizkənarı Milli Parkı, eləcə də şəhərin digər parkları
və mərkəzi küçələri, binalar və evlərin eyvanları Azərbaycan
bayrağı ilə bəzədilib. Bilbordlarda, monitorlarda və bannerlərdə
“Xarıbülbül” nişanı və Qələbə şüarlarları əks olunub.
Bayram konsertindən sonra baş tutan atəşfəşanlıq qalib ölkənin,
günü-gündən gözəlləşən paytaxtın səmasını al-əlvan rənglərə
boyayıb. Möhtəşəm atəşfəşanlıq tədbirə gələnlər tərəfindən xüsusi
coşqu ilə qarşılanıb.

