
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin noyabrın 9-na olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli,
Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının
Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi,
Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik,
Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli,
Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın
rayonlarının bir neçə kəndini işğaldan azad etməsi ilə bağlı
paylaşım edib.
– Prezident İlham Əliyev “BBC News”a müsahibə verib.
– Cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Düşmənin bir gündə darmadağın edilən
texnikalarının siyahısı açıqlanıb.
– Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmənin atəş nöqtəsi və şəxsi
heyəti məhv edilməsin videogörüntüsü yayılıb.
– Zəngilanın Bartaz qəsəbəsinin videogörüntüləri yayılıb. Şuşa istiqamətində düşmənin
döyüş texnikaları məhv edilməsinin videogörüntüsü yayılıb.
– Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası
məhv edilib. Cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə
artilleriya zərbələri endirilməsinin videogörüntüsü yayılıb.
– İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri yayılıb.
– Xocavənd istiqamətində yaşayış evlərinin arasında gizlədilən “Tor-M2KM” ZRK darmadağın edilməsinin videogörüntüsü yayılıb. Cəbhənin Xocavənd
istiqamətində düşmənin “Osa” ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.
– Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi məhv
edilməsinin videogörüntüsü yayılıb.
– Bu gün azad olunan ərazilərin tam siyahısı.

