Fransada terror hücumu planlaşdıran üç qadın saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Fransa kəşfiyyat orqanları partlayıcı maddələrdən istifadə
edərək mədəniyyət müəssisəsinə terror hücumu planlaşdıran üç qadını
saxlayıb.

Trend xəbər verir
ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Bildirilib ki, Daxili Təhlükəsizlik Baş İdarəsinin zabitləri
şübhəliləri bir neçə aylıq müşahidədən sonra həbs ediblər.




Məlumata görə, qadınlardan biri əlil arabasından istifadə edir.
Müstəntiqlərin açıqlamasına əsasən, onlar Parisdəki bir bar və ya
konsert zalında partlayıcı kəmərlərdən istifadə etməklə hücum
həyata keçirməyi planlaşdırıblar.

Hər üç saxlanılan şəxs 18–21 yaş aralığında olan Fransa
vətəndaşlarıdır və radikal İslam ideologiyasının tərəfdarları kimi
tanınırlar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir