
Bakı. Trend:
“Barselona” iki illik genişmiqyaslı təmirdən sonra Kamp Nou
stadionunda azarkeşlər qarşısında ilk məşqini keçirib.
Trend xəbər verir
ki, katalon klubunun öz meydanına dönüşü münasibətilə xüsusi tədbir
təşkil olunub.
Məşqi izləmək üçün azarkeşlərə biletlər satılıb və əldə olunan
gəlirlərin “Barsa Fondu” vasitəsilə xeyriyyə layihələrinə
yönəldiləcəyi bildirilib.
Qeyd edək ki, layihəyə əsasən 105 min 410 tamaşaçı tutumuna
malik olacaq yenilənmiş Kamp Nou dünyanın üçüncü ən böyük futbol
stadionu olacaq.

